Məşhur funksioner Flavio Briatore Formula 1 komandalarının son onilliklərdə dəyərinin kəskin artdığını bildirib.
“Alpin”in icraçı müşaviri qeyd edib ki, 1990-cı illərdə “Benetton”dakı payını satarkən komanda təxminən 80 milyon dollar dəyərində qiymətləndirilirdi, hazırda isə Formula 1 kollektivlərinin bazar dəyəri 3,5-4 milyard dollara çatıb. Onun sözlərinə görə, bəzi maliyyə ekspertləri yaxın 3-4 ildə komandaların qiymətinin 10 milyard dollara yüksələcəyini proqnozlaşdırsa da, o, bu ssenariyə şübhə ilə yanaşır.
Briatore həmçinin “Alpin”in 2,45 milyard dollar dəyərində qiymətləndirilməsi ilə razılaşmadığını deyib. O bildirib ki, “Otro” şirkətinin “Alpin”də 24 faizlik pay almaq təklifi zamanı komanda 3,2 milyard dollar dəyərində qiymətləndirilib. Briatorenin fikrincə, hazırda “Alpin”in real bazar dəyəri təxminən 3,5 milyard dollardır.
