Kevin de Brüyne ABŞ-yə köçə bilər. “İnter Mayami” belçikalı yrımmüdafiəçini heyətinə qatmaq üçün ciddi səy göstərir.

Futbolinfo.az xəbər verir ki, bu yay Karlos Kazemironu azad agent kimi düşərgəsinə gətirən MLS klubu orta sahəni daha bir təcrübəli oyunçu ilə zənginləşdirmək niyyətindədir.

35 yaşlı oyunçu özü Avropada qalmaq istəyir. Amma onunla “Qalatasaray”dan başqa ciddi maraqlanan klub yoxdur. Ona görə də Kevin okeanın o tayına yollana bilər.

2025-ci ildən “Napoli”də oynayan de Brüynenin İtaliya klubu ilə daha bir illik müqavləsi var. Lakin neapollular onun gedişinin əleyhinə deyil. Dəyəri 8 milyon avroya düşən yarımmüdafiəçinin yüksək maaşı A Seriyası təmsilçisinin vidanı arzulamasına səbəb olub.

Shares: