İngiltərə təmsilçisi “Nyukasl” Portuqaliyanın “Braqa” klubunun və Çexiya millisinin qapıçısı Lukaş Horniçekin transferini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı qolkiperlə 2031-ci ilədək müqavilə imzalanıb.
Xarici medianın məlumatına görə, “sağsağanlar” futbolçunun “Braqa” ilə müqaviləsində nəzərdə tutulan 25,7 milyon funt sterlinq məbləğində təzminatı ödəyib.
Horniçek Çexiya yığmasının 2026-cı il dünya çempionatında keçirdiyi hər üç matçı ehtiyat oyunçular skamyasından izləyib. Ötən mövsüm o, bütün turnirlərdə “Braqa”nın heyətində 55 matçda 51 qol buraxıb, 24 görüşdə qapısını toxunulmaz saxlayıb.
