“Zirə” Brahim Konate ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Konate 2025-ci ilin yayından “Zirə”də çıxış edirdi.
“Zirə” bu yay Tiaqo Silva, Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Ayron Qomis və Rövlan Muradovla da yolları ayırıb.
