“Turan” voleybol klubu Cənubi Koreya milli komandasının hücumçusu Li Cayeonqu transfer edib.
Bu barədə Futbolinfo.az-a Tovuz təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında “Turan”ın uğurları üçün çalışacaq voleybolçu ilə müqavilənin müddəti 2026/2027 mövsümünü əhatə edəcək.
O, karyerası ərzində ölkəsində “Heunqkuk Pink Spiders” (2014-2021) və Yaponiyanın “Victorina Himeji” (2025/2026) klublarında çıxış edib.
Qeyd edək ki, voleybolçu 2015-2019-cu illərdə ardıcıl 4 mövsüm Koreya V Liqasında ən çox xal toplayan və ən məhsuldar hücumçu olub.
