“Mançester Siti” yarımmüdafiə xəttində gözlənilən dəyişikliyi reallaşdırır. Rodrini Ayyub Buaddi əvəz edəcək.
Futbolinfo.az xəbər verir ki, Mərakeş yığmasının üzvü ilə şəxsi müqavilənin bütün detalları dəqiqləşdirilib. “Lill” də gənc yetirməsinini satışının əleyhinə deyil. İngilislər tezliklə rəsmi təkliflə transferi yekunlaşdıracaq.
Buaddinin keçidinin rəsmiləşməsi Rodrinin komandadan ayrılmasına bağlı idi. Artıq İspaniya yığmasının kapitanı “şəhərlilər”ə vida qərarı verdiyini çatdırıb. Lakin oyunçu yekun komanda seçimni etməyib. O, eyn zamanda “Real” və PSJ ilə danışıqlar aparır. İndi “Barselona” da meydana çıxıb və mançesterlilərə daha sərfəli təkəlif irəli sürüblər.
Qarşıdakı bir həftə ərzində yekun qərar veriləcək. Həm “Siti”ni, həm də Rodrini razı salmağı bacaran istəyinə çatacaq.
