“Bursaspor” Türkiyə I Liqasında 2026-27 mövsümü üçün iştirak ərizəsini Türkiyə Futbol Federasiyasına (TFF) təqdim edib.
Futbolinfo.az xəbər verir ki, bursalıların ilkin siyahısında 27 futbolçuya yer verilib. Onlar arasında Azərbaycan millisinin üzvü Toral Bayramov da var.
Belə ki, Bayramov da daxil olmaqla 27 oyunçunun adı TFF-yə göndərilib. Lakin siyahıya əlavələrin olması da istisna deyil. Bu, klubun transfer siyasətindən asılı olacaq.
Qeyd edək ki, Türkiyə I Liqasında yeni mövsümə avqustun 7-də start veriləcək. “Bursaspor” ilk tur çərçivəsində avqustun 9-da “Bodrum”un qonağı olacaq.
