“Fulhem” “Real”dan Qonsalo Qarsiyanın transfer olunduğunu rəsmi olaraq açıqlayıb.
22 yaşlı ispaniyalı Premyer Liqa təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Transferin dəyəri 40 milyon avro + 2 milyon avro bonus təşkil edib. Razılaşmaya əsasən, “Real” hücumçunun gələcək satışından 30 faiz pay əldə edəcək.
Qeyd edək ki, Qonsalo Qarsiya ötən mövsüm La Liqada 30 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. O, “Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloanın istəyi ilə Londona köçüb.
