Milli Basketbol Assosiasiyasında mübarizə aparan “Sakramento Kinqs” heyətinə təcrübəli müdafiəçi cəlb etməyi nəzərdən keçirir.
Klub draftdan böyük ümidlərlə seçdiyi yeni oyunçu Darius Akuffun inkişafına kömək edəcək təcrübəli Rassell Vestbruku geri qaytarmaq və ya Viktor Oladiponu transfer etmək variantlarını dəyərləndirir. Vestbruk ötən mövsüm “Kinqs”in heyətində 64 oyunda orta hesabla 15,2 xal, 5,4 ribaund və 6,7 məhsuldar ötürmə ilə çıxış etdikdən sonra azad agent statusu alıb.
Oladipo isə ardıcıl zədələr səbəbindən 2023-cü ildən bəri MBA-da meydana çıxmayıb. Təcrübəli basketbolçu liqaya qayıtmaq üçün yay ərzində skautlar qarşısında xüsusi baxış məşqləri də keçirib.
