ABŞ-nin Sinsinnati şəhərində keçiriləcək Masters turnirində Serena və Vinus Uilyams bacıları qoşa yarışda tandem təşkil edəcək.
23 “Böyük Dəbilqə” titulunun sahibi Serena yeddiqat “Böyük Dəbilqə” çempionu Vinus turnirə “vayld-kard” vasitəsilə qatılacaqlar. Vinus Uilyamsa eyni zamanda fərdi yarışda iştirak etmək hüququ da verilib.
Bacılar 2026-cı il Uimbldonunda da birlikdə çıxış etməyi planlaşdırsalar da, Serena dizindəki zədə səbəbindən yarışdan çəkilmişdi.
Sinsinnati “Masters” turniri avqustun 13-dən 23-dək keçiriləcək.
