“Ayaks” almaniyalı qapıçı Mark-Andre ter Ştegenin transferini rəsmən açıqlayıb.
Futbolinfo.az Amsterdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper 2026/27 mövsümünün sonunadək “Barselona”dan icarəyə götürülüb.
Ter Ştegen ötən mövsümün ikinci yarısını da icarə əsasında “Jirona”da keçirib. Ancaq ciddi zədə səbəbindən o, bu komandanın heyətində cəmi iki oyunda meydana çıxa bilib.
“Ayaks” avqustun 6-da UEFA Konfrans Liqasının təsnifat mərhələsində doğma meydanda İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq. Amsterdam təmsilçisi ötən mövsüm Niderland çempionatını turnir cədvəlinin 5-ci pilləsində başa vurub.
