“Strasburq” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ millisinin yarımmüdafiəçisi Covanni Reyna ilə müqavilə imzalanıb. 23 yaşlı futbolçunun sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Reyna karyerası ərzində Dortmund və Münhenqladbax “Borussiya”sı, həmçinin, İngiltərənin “Nottingem Forest” klublarında çıxış edib.
“Transfermarkt” portalının məlumatına əsasən, “Strasburq” bu keçid üçün Münhenqladbax “Borussiya”sına 3 milyon avro ödəyib.
“Strasburq” ötən mövsüm Fransa Liqa 1-də turnir cədvəlində 8-ci yeri tutub və avrokuboklara vəsiqə qazana bilməyib.
