Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər Valdas Dambrauskasın yetirmələrini “Orhus”la Danimarkada keçiriləcək matçın favoriti hesab edirlər.
Danimarka klubunun son vaxtlar hər görüşdə fərqlənməsinə baxmayaraq, qol buraxmasına da xüsusi yer verilib. Bildirilib ki, “Orhus”un müdafiə xətti etibarlı deyil. Əvəzində “Sabah” məğlubiyyətsizlik seriyasını davam etdirməkdədir. Əksəriyyətin fikrincə, səfərdə çıxış etsə də, “Sabah”ın qələbə qazanmaq şansı daha çoxdur.
Qeyd edək ki, Randers şəhər stadionunda keçiriləcək “Orhus” – “Sabah” oyunu Bakı vaxtı ilə 20:30-da başlayacaq.
