“Qarabağ”ın pakistanlı transferi Abdul Samad Xan ölkəsinin mətbuatına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu ilə 2 illik müqavilə imzalayan Pakistanın U-17 millisinin kapitanı Azərbaycanda inkişaf edəcəyini düşünür.

“Popo” klubundan transfer edilən gənc yarımmüdafiəçi Pakistanın U-17 və U-20 yığmalarının heyətində Azərbaycanın müvafiq yaş qrupu üzrə millilərinə qarşı keçirilən yoxlama oyunlarındakı performansı ilə “Qarabağ” tərəfindən bəyənildiyini deyib: “İnşallah, bu addım mənim inkişafıma böyük təkan olacaq. Burada futbolun səviyyəsi çox yüksəkdir və ümid edirəm ki, məqsədlərimə çatacaq, daha yaxşı futbolçu olacağam. 3-4 günlük sınaqdan sonra seçildim. Sənədləşmə prosesi bir qədər vaxt aparacaq, amma “Qarabağ” kimi klubda oynamaq böyük fürsətdir”.

Qeyd edək ki, Abdul Samad Xan “Qarabağ”ın U-17 və U-19 komandalarında çıxış edəcək.

Shares: