“Sabah” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 3-cü təsnifat mərhələsində “Orhus”la qarşılaşacaq.

Danimarka təmsilçisi ilə ilk görüş səfərdədir. Azərbaycan çempionu səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Qarşılaşmanı Sloveniyadan olan FİFA referisi Rade Obrenoviç idarə edəcək. Oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Cavab qarşılaşması gələn həftə sonra Masazırda keçiriləcək.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust

20:30. Orhus – Sabah
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Randers şəhər stadionu.

Shares: