Əfsanəvi şüvüllə tullanma ustası Yelena İsinbayeva Rusiyanın Federal Vergi Xidmətinə (FTX) 147,2 min rubl vergi borcu ilə gündəmə gəlib.

“Maş na sporte” teleqram kanalının yaydığı məlumata görə, o, Rusiya banklarının xarici TLS sertifikatlarından yerli sertifikatlara keçidi səbəbindən borcunu ödəyə bilmir. Bildirilir ki, İsinbayevanın ödənişi həyata keçirmək üçün xaricdən Rusiyaya qayıtması tələb oluna bilər. Mənbənin iddiasına əsasən, o, ölkəyə qayıdacağı təqdirdə borcu bağlanana qədər Rusiyanı tərk edə bilməyəcək.

Xatırladaq ki, Yelena İsinbayeva Afina-2004 və Pekin-2008 Yay Olimpiya Oyunlarının çempionu, London-2012 Olimpiadasının bürünc mükafatçısıdır. O, həmçinin açıq havada üçqat dünya çempionu, qapalı məkanda dördqat dünya çempionu və həm açıq havada, həm də qapalı məkanda Avropa çempionu olub.

Shares: