“Kəpəz” qapıçısı Elgün Bayramovla müqavilənin müddətini uzadıb.
Bu barədə Futbolinfo.az-a Gəncə kollektivinin mətbuat xidmətindən məlumat verilib.
23 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonuna kimi sözləşmə imzalanıb.
Elgün Bayramov ötən mövsümdə 2 oyunda “Kəpəz”in qapısını qoruyub.
