Yay fasiləsində “Araz-Naxçıvan”dan ayrılan Hamidu Keyta ilə bağlı Türkiyə mətbuatında maraqlı məlumat dərc edilib.
Futbolinfo.az xəbər verir ki, “Konyaspor”un sabiq hücumçusunun uğursuz karyerası diqqəti cəlb edib.
Bildirilib ki, 2024-cü ildə “Qarabağ”dan Konya klubuna keçən 31 yaşlı ön xətt oyunçusunun həmin vaxtdan etibarən karyerası enişdədir. Keytanın ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində keçirdiyi 33 oyunda 3 qol vurması xüsusi vurğulanıb: “Keyta sonuncu yüksək səviyyəli çıxışını Azərbaycanda “Zirə” komandasının heyətində göstərdi. Lakin ondan sonra ciddi şəkildə eniş yaşamağa başladı. Son olaraq “Araz-Naxçıvan”dakı zəif oyunu da bunun davam etdirdiyini göstərir. Bir müddət əvvəl Türkiyə klublarının Hamiduya marağı var idi. Ancaq bu cür performansla o, nəinki Superliqa, heç I Liqada da özünü doğrulda bilməz”.
Qeyd edək ki, Hamidu Keytanı Azərbaycana ilk dəfə 2022-ci ilin əvvəlində “Zirə” gətirib. Seneqal əsilli fransalı hazırda klubsuzdur.
