Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin”lə müqaviləsini yeniləmək üçün maaşının artırılmasını tələb edir.

İspaniyalı sürücü 2027 və 2028-ci illəri əhatə edəcək yeni müqavilə qarşılığında mövsümə görə 40 milyon avro qazanmaq istəyir. Hazırda isə “Aston Martin” Alonsoya ildə 30 milyon avro əməkhaqqı ödəyir.

Qeyd edək ki, bir müddət əvvəl “Uilyams” Karlos Saynsa mövsümə 30 milyon avrodan çox maaş nəzərdə tutan yeni müqavilə təklif etmişdi. Prosesləri diqqətlə nəzarətdə saxlayan “Aston Martin” rəhbəri Edrian Nyui Alonsonun tələblərini dinləməyə hazırdır.

Shares: