“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi Karlos Alkaras ABŞ Açıq çempionatına hazırlıq üçün alternativ variantları nəzərdən keçirir.
İspaniyalı tennisçi, daha əvvəl imtina etdiyi Sinsinnati “Masters”indən sonra Uinston-Seylemdə keçiriləcək ATP 250 turnirinə vəsiqə almaq üçün müraciət etmək istəyir. Avqustun 23-dən 29-na qədər keçiriləcək yarışda Alkaras uzun fasilədən sonra korta çıxmaq niyyətindədir. Bununla belə, ispaniyalı tennisçinin komandası hələlik ABŞ Açıq çempionatında iştirakla bağlı yekun qərar verməyib.
Xatırladaq ki, “US Open-2026” turniri avqustun 30-dan sentyabrın 13-dək təşkil olunacaq.
