“Nyukasl”ın yeni baş məşqçisi açıqlanıb. Komandanı Mattias Yayssle çalışdıracaq.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 38 yaşlı almaniyalı mütəxəssislə imzalanan sözləşmə 3 illikdir.
Yayssle bu vəzifədə Eddi Haunu əvəzləyib.
Yaysslenin son iş yeri 2023-cü ildən çalışdırdığı “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) klubu olub.
