Ukrayna Boks Federasiyası rusiyalı boksçuların bayraq və himnlə beynəlxalq yarışlara qaytarılmasına etiraz edərək rəsmi etiraz məktubu göndərib.

Qurum bəyan edib ki, bu qərarı qətiyyən dəstəkləmir və Ukrayna boksunun maraqlarını, eləcə də beynəlxalq idmanın fundamental dəyərlərini müdafiə etməyə davam edəcək.

Xatırladaq ki, Dünya Boks Təşkilatı (World Boxing) bu il aprelin 29-da Rusiya və Belarus idmançılarına yalnız neytral status altında bütün yaş qruplarında keçirilən yarışlarda iştirak icazəsi vermişdi. Qərara əsasən, hər bir boksçu müstəqil qurumun yoxlamasından keçməli, bununla bağlı xərclər isə Rusiya və Belarusun milli federasiyaları tərəfindən ödənilməlidir.

Shares: