İsveçrəli dağ xizəkçisi Lara Qut-Behrami 35 yaşında idman karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli idmançı əslində karyerasını 2026-cı ildə Milanda keçiriləcək Qış Olimpiya Oyunlarından sonra bitirməyi planlaşdırırdı. Lakin 2025-ci ilin noyabrında məşq zamanı yıxılan Qut-Behrami dizinin ön çarpaz bağlarını qırıb və bu səbəbdən olimpiya mövsümünü tamamilə buraxmalı olub.
Qeyd edək ki, Lara Qut-Behrami Pekin-2022 Qış Olimpiya Oyunlarında supernəhəng slalom növündə qızıl medal qazanıb. O, həmçinin eniş və nəhəng slalom yarışlarında bürünc medalın sahibi olub. İsveçrəli xizəkçi karyerası ərzində iki dəfə dünya çempionu olub, Dünya Kubokunun mərhələlərində 48 qələbə qazanıb və iki dəfə Böyük Kristal Qlobusa sahib çıxıb.
