Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda ətrafında yayılan yalan məlumatlardan narazılığını ifadə edib.
İtaliyalı mütəxəssis bu cür xəbərlərin yayılmasının əcnəbi baş məşqçi olması ilə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, yığmada tətbiq olunan qaydalar özü tərəfindən müəyyənləşdirilməyib və bunlar Avropa standartlarına əsaslanır: “Kimsə komanda haqqında çoxlu yalan məlumat yayırdı. Ola bilsin ki, bunun səbəbi mənim əcnəbi məşqçi olmağımdır. Bizim əməl etdiyimiz qaydaları mən hazırlamamışam. Bunlar Avropa standartlarıdır. Yalan məlumatların niyə yayıldığını başa düşmürəm”.
Kannavaro qeyd edib ki, sələfi olan yerli mütəxəssis yaxşı nəticələr əldə etsə də, bu, ona qarşı tənqid üçün əsas olmamalıdır: “Əvvəlki baş məşqçi çox yaxşı yerli mütəxəssis idi və uğurlu nəticələr qazanmışdı. Amma bu, mənim tənqid olunmağım üçün səbəb ola bilməz. Bu məsələyə aydınlıq gətirməyə bilməzdim”.
Mütəxəssis sonda komanda daxilindən məlumat sızdırıldığını da iddia edib: “Ola bilsin ki, milli komandada yalançı satqın var idi və buna görə də çoxlu yalan məlumat yayılırdı”.
Qeyd edək ki, Özbəkistan millisi 2026-cı il dünya çempionatında keçirdiyi hər üç oyunda Kolumbiyaya (1:3), Portuqaliyaya (0:5) və Konqo Demokratik Respublikasına (1:3) məğlub olub.
