La Liqanın prezidenti Xavyer Tebas Nasser Əl-Xelaifinin FIFA prezidenti vəzifəsinə namizədliyinə qarşı çıxıb.

Məsələ ondadır ki, UEFA-da PSJ prezidentinin Canni İnfantinonu FIFA-nın rəhbəri postunda əvəz etməsinin istənildiyi barədə məlumat yayılıb.

Tebas qətərli funksioner haqda bunları söyləyib: “Nasseri PSJ üçün ən yaxşı prezident hesab edirəm, lakin FIFA üçün pis prezident olardı. Əl-Xelayfinin futbola baxışı xoşuma gəlmir və o, mənim tərəfdarı olduğum Avropa futbol modelinə uyğun fəaliyyət göstərmir. Üstəlik, o, 800 klubun üzv olduğu Avropa Klublar Assosiasiyasının prezidentidir, lakin həmin qurumda yalnız onun da daxil olduğu kiçik azlıq öz fikrini bildirir. Buna görə də o, mənim bölüşmədiyim elitlərin modeli dəstəkləyir”.

Shares: