Bakı Futbol Federasiyasının tərəfdaşı olan “QOLAT Sport Service”in təşəbbüsü ilə İspaniyanın “Villareal” komandasının nümayəndələri Bakıda “Villarreal CF Camp Baku” adlı layihəsini təqdim edəcək.

Bu təşəbbüs AFFA və Bakı Futbol Federasiyası tərəfindən də müsbət qarşılanıb və layihəyə dəstək göstərilməsi barədə razılıq əldə olunub və onlar üçün Bayıl stadionunda bütün şərait yaradılıb.

7-9 avqust tarixlərini əhatə edəcək layihədə U8–U18 yaş kateqoriyaları üzrə 40–45 futbolçunun iştirakı nəzərdə tutulur.

Əldə olunmuş razılığa görə, Bakı Futbol Federasiyasının tövsiyəsi ilə “Sabahın Ulduzları” yarışlarında iştirak edən U-15 dünya çempionatın və festifalına namizəd 10 nəfər istedadlı gənc futbolçunun “Villarreal CF Camp Baku” layihəsində tam ödənişsiz iştirakı təmin ediləcək.

Layihənin sonunda 40-45 futbolçu arasından seçiləcək ən yaxşı futbolçu “Villarreal” CF tərəfindən təşkil olunacaq beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaq. Seçilmiş futbolçunun səfər və iştirakla bağlı bütün xərcləri təşkilatçılar və İspaniya təmsilçisi tərəfindən qarşılanacaq.

Layihə çərçivəsində 9 avqust tarixində yerli məşqçilər üçün tam ödənişsiz seminar təşkil olunacaq. Seminarda “Villarreal” CF Akademiyasının məşq metodologiyası, oyunçu inkişaf modeli və akademiya sistemi təqdim ediləcək. Həmçinin, UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos tərəfindən İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və oyunçu inkişafı istiqamətində beynəlxalq təcrübələr haqqında məlumat veriləcək.

Onu da qeyd edək ki, “Villarreal” CF nümayəndələrinin Bayıl stadionunda görüş keçiriblər. Görüşdə “Sabahın Ulduzları”nın baş sponsoru “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, “Qolat”ın rəhbəri Səid Bağırov və BFF-nin prezidenti Tahir Süleymanov iştirak edib. Daha sonra seçim məşqlərinə start verilib və qonaqlar “Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən “Zirə” – “Vətən” oyununu izləyiblər.

355426f7 11e6 47f0 91d9 770c1322b549 - Futbolinfo.az
e03b1580 4c92 48d4 acd9 5081f982c1fd - Futbolinfo.az
06b45748 d822 4c04 a388 623e16080d36 - Futbolinfo.az
0f0d82af 9e7a 4f45 af6d 18c268ebf9db - Futbolinfo.az
Shares: