“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Tovuz təmsilçisi milli komandamızın da üzvü olan Rahid Məmmədovu heyətinə qatıb.

Tərəflər arasında 1+1 illik müqavilə bağlanıb.

Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomyak” klublarında çıxış edib.

Shares: