Yay fasiləsində “İmişli”dən ayrılan Andrey Sinenko özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı qapıçı 3 illik fasilədən sonra ölkəsi Belarusa qayıdıb.

Bu müddət ərzində Azərbaycanda “İrəvan” və “İmişli” klublarında çıxış edən qolkiper Mogilyov “Dnepr”i ilə müqavilə imzalayıb. Sinenko yeni komandasında Vladislav İqnatyevi əvəzləyəcək.

Qeyd edək ki, Andrey Sinenko daha əvvəl ölkəsində “Energetik-BQU”, “Smorqon” və “Lida” klublarında çıxış edib.

Shares: