“Sabah” – “Orhus” matçında anşlaq ola bilər. Matça bir gün qalsa da, satışa çıxarılan biletlərin böyük əksəriyyəti satılıb.
“Futbolinfo”nun klubdan aldığı məlumata görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçına indiyədək 6500 bilet satılıb. Qarşılaşmanın keçiriləcəyi “Bank Respublika Arena”nın tutumunun 8700 nəfərlik olduğunu, qarşılaşmaya bir gün qaldığını nəzərə alsaq, bu, olduqca realdır.
Xatırladaq ki, ilk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
