Qadınlar arasında MBA-nın (WNBA) müntəzəm mövsümündə keçirilən “Minnesota Links” – “Dallas Uinqs” qarşılaşmasında əlamətdar hadisə yaşanıb.
Meydan sahiblərinin 103:90 hesabı ilə qalib gəldiyi görüşdə “Links”in müdafiəçisi Kayla Makbraydın WNBA tarixində bir oyunda ən çox üçxallıq atış rekordunu yeniləyib. O, qarşılaşmada 10 dəfə uzaq məsafədən dəqiq atış edib və ümumilikdə 43 xal toplayıb.
Bundan əvvəl rekord 2019-cu ildə bir oyunda 9 üçxallıq atış reallaşdıran Kelsi Mitçellə məxsus idi. Daha sonra bu göstərici Cüell Lloyd, Arike Oqunbovale, Reyn Hovard, Çelsi Qrey və Marina Meybri tərəfindən təkrarlanmışdı.
Makbraydın parlaq çıxışı “Minnesota Links”ə vacib qələbə qazandırmaqla yanaşı, onun adını WNBA rekordları siyahısına yazdırıb.
