Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artyom Kravets Ukrayna klubunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı mütəxəssis Ukrayna klubunun ilk oyunda 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, komandanın çıxışını bəyənmədiyini etiraf edib.

O, müdafiədə ciddi boşluqlar verdiklərini bildirib: “Dinamo”nun oyun üslubu dəyişməyib və komanda hələ də çox səhvlərə yol verir. “Qarabağ” ilk görüşdə bu səhvlərdən tam istifadə edə bilmədi. Ağdam təmsilçisi son ötürmələrdə daha düzgün qərarlar versəydi, nəticə fərqli ola bilərdi. “Dinamo”nun müdafiəsində problemlər uzun müddətdir davam edir, məşqçi heyətdə dəyişikliklər etməsinə baxmayaraq, vəziyyət düzəlməyib”.

Kravets cavab matçında “Dinamo”nun işinin çətin olacağını söyləyib: “Əsas sual odur ki, “Qarabağ” bu səhvləri Bakıda, doğma azarkeşləri qarşısında bağışlayacaqmı? Açığı, “Dinamo”nun mərhələ adlamaq şanslarına ehtiyatla yanaşıram. Komanda cavab matçında ciddi təzyiqlə üzləşəcək. Validol ehtiyatı görün. Çətin olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Shares: