Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə yenilənmə işləri aparılır.
Futbolinfo.az “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən komanda Misli Premyer Liqasında yeni mövsümə əsas arenada başlaya bilməyəcək.
“Gənclik şəhəri” təmsilçisi ilk turda “Neftçi”ni “SOCAR Polymer Arena”da qəbul edəcək.

