UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da “Azersun Arena”da baş tutacaq.

Saat 18:45-da isə komandanın media nümayəndələri üçün açıq məşqi eyni arenada keçiriləcək.

Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək. “Dinamo”nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17:30-da başlayacaq.

Qeyd edək ki, avqustun 13–də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:00-da start götürəcək.

Shares: