UFC çempionu İslam Maxaçev Atlantik okeanında gecə balıq ovu zamanı köpəkbalığı tutub.
34 yaşlı rusiyalı idmançı balıq ovu zamanı çəkdiyi videonu sosial şəbəkələrdə paylaşıb. Maxaçev paylaşımına “Asan olmadı” şərhini yazıb.
Dağıstanlı döyüşçü avqustun 15-dən 16-na keçən gecə ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək UFC 330 turnirində irlandiyalı İan Qerri ilə titul döyüşünə çıxacaq.
