UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün “Sabah”la qarşılaşacaq “Orhus” Bakıya ciddi itki ilə gəlib.

Futbolinfo.az xəbər verir ki, Danimarka klubu mərkəz müdafiəçisi Frederik Tinqaqerin xidmətindən məhrum qalıb. Buna səbəb 33 yaşlı oyunçunun zədəli olmasıdır.

Komandanın aparıcı üzvü ötən həftə “Lyunqbu” ilə çempionat görüşündə zədələnib. Komandanın baş məşqçisi Yakob Poulsen ayağından aldığı xəsarət səbəbindən Tinqaqerin Danimarkada qaldığını açıqlayıb.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Orhus” oyunu saat 20:00-da başlayacaq.

Shares: