“Çelsi”nin sabiq baş məşqçisi, hazırda “Real”da çalışan Joze Mourinyo 2006-cı ildə ukraynalı hücumçu Andrey Şevçenkonun London klubuna keçidi ilə bağlı danışıb.

Mourinyo bu transferi Roman Abramoviçin reallaşdırdığını deyib: “Abramoviç futbola inanılmaz dərəcədə həvəsli insandır, amma futbol baxımından vəziyyətdən heç nə bilmirdi. Şevçenko rəhbərlə və agentlərlə əlaqələrinə görə siyahıya düşdü. Mən heç vaxt onunla müqavilə imzalamaq istəməmişdim, amma bu barədə heç kimə demədim, ona görə də bu, mənim də məsuliyyətimdir. Kimlə müqavilə imzalamaq istədiyimi bilmək istəyirsiniz? Eto’O ilə”.

Xatırladaq ki, Şevçenko 2006-cı ilin yayında “Milan”dan “Çelsi”yə təxminən 30 milyon funt-sterlinqə keçib və həmin vaxt bu, London klubunun tarixində rekord transfer olub.

Shares: