Çilili hücumçu Aleksis Sançes MLS təmsilçisi “Monreal” ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu yeni komandasına azad agent kimi keçib.

Tərəflər arasında 2 illik müqavilə bağlanıb.

Sançes ötən mövsüm “Sevilya”da (İspaniya) çıxış edib. O, karyerası ərzində İspaniyada “Barselona”, İngiltərədə “Arsenal”, “Mançester Yunayted”, İtaliyada “Udineze”, “İnter”, Çilidə “Kobreloa”, “Kolo-Kolo” və Fransada “Marsel” komandalarının da formasını geyinib.

Shares: