Bakı Futbol Federasiyasının tərəfdaşı olan “QOLAT Sport Service”-in təşəbbüsü ilə İspaniyanın “Vilyarreal”CF komandasının nümayəndələri Bakıda “Villarreal CF Camp Baku” adlı layihəsini başa vurmuşdur.


Azərbaycan Futbol Federasiya Assosiasiyası və Bakı Futbol Federasiyası müsbət qarşılanmış və layihəyə dəstək verilmiş, onlar üçün Bayıl Stadionunda bütün şərait yaradılmışdır. “Sabahın Ulduzları” yarışlarında iştirak edən U-15 qrupundan ölkəmizdə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalına namizəd futbolçular ödənişsiz qaydada seçimlərdə iştirak etmişlər.
Futbolçu seçimləri ilə yanaşı üç gün davam edən tədbirin son günündə UEFA Pro lisenziyalı məşqçi, 6 il “Barselona” Akademiyasında çalışmış hazırda isə “Vilyarreal” klubunda fəaliyyətini davam etdirən Jordi Grasacosun rəhbərliyi ilə yerli məşqçilər üçün seminar keçirilmişdir. Tədbirdə Bakı Futbol Federasiyasının prezdenti, beynəlxalq dərəcəli hakim, “Sabahın Ulduzları” layihəsinin müəllifi Tahir Süleymanov çıxış edərək ispan mütəxəssizlərə və “QOLAT Sport Sevrice”-in rəhbəri Səid Bağırova iş birliyinə görə öz təşəkkürünü bildirmişdir.

Təşkilatçılar Futbol İnkişaf Mərkəzində hər bir şərait yaratdığına görə AFFA-ya minnətdarlığını ifadə etmişlər.

Shares: