Luis Suares baş məşqçinin dəyişməsindən sonra Uruqvay millisinə qayıda bilər.

Bu yay Marselo Byelsanın əvəzinə komandanın baş məşqçisi təyin olunan Dieqo Forlan 47 yaşlı mütəxəssis Luis Suares haqqında deyib: “Luisə böyük hörmətlə yanaşıram və ona həqiqətən inanıram. Əgər o, hazırdırsa, niyə onun kimi qol vuran, böyük təcrübəyə malik olan və həftədən-həftəyə özünü göstərən futbolçunu seçməyək? Daha sonra hər şeyə aydınlıq gələcək. Luisin kim olduğunu heç kim mübahisə mövzusu etməyəcək”.

Suares sonuncu dəfə 2024-cü ildə Uruqvay millisinin formasını geyinib. “İnter Mayami”nin hücumçusunun 39 yaşı var.

Shares: