“Bayern” ABŞ-nin texnologiya şirkəti “Google” ilə tərəfdaşlıq sazişi imzalayıb.

“Bild” nəşrinin məlumatına görə, şirkətin də daxil olduğu “Alphabet” korporasiyasının ümumi dəyəri təxminən 3,6 trilyon avrodur. “Google” Münhen klubunun platin tərəfdaşı olacaq və bu statusda yalnız “Telekom”, “Adidas”, “Allianz” və “Audi”dən geri qalacaq.

Şirkət “Bayern”ə sponsorluq üçün ildə 10 milyon avrodan çox pul ödəyəcək və həm kişi, həm də qadın komandalarının “Gemini” süni intellekt platforması üzrə rəsmi tərəfdaşı olacaq. Bundan əlavə, “Google Pixel” klubun rəsmi smartfon tərəfdaşı kimi azarkeşlərə məşq bazası və “Alyans Arena”da baş verənlərlə bağlı eksklüziv məlumatlar təqdim edəcək.

Shares: