“Sabah” basketbol klubu ABŞ-dən olan oyunçu Frenki Fidleri heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, 2025-ci ildə isə peşəkar basketbola keçid edən Fidler Latviyanın “Rīqas Zelli” komandası ilə Avropada ilk mövsümünü keçirib.
