Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.
QOL.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının sonuncu qalibi PSJ (Fransa) ilə Avroliqanın çempionu “Aston Villa” (İngiltərə) qarşılaşıb.
Avstriyada, Zalsburq şəhər stadionunda keçirilən oyun Paris klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
12 avqust
UEFA Super Kuboku
PSJ (Fransa) – “Ason Villa” (İngiltərə) – 2:1
Qollar: Kvaratsxeliya, 20 (1:0), Madjo, 45 (1:1), Due, 61 (2:1)
Baş hakim: Ömər Əbdülqadir Artan (Somali)
