UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, günün matçlarında gözlənilən nəticələr qeydə alınıb. İsrail təmsilçisi “Hapoel” (Təl-Əviv) səfərdə Polşanın GKS (Katovitse) klubuna 1:2 hesabı ilə məğlub olsa da, ilk oyundakı üstünlüyü sayəsində pley-offa vəsiqə qazanıb.
Günün digər qarşılaşmalarında “Rapid” (Vyana) öz meydanında “Payde”ni 2:0, “Kopenhagen” isə “Debretsen”i 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıblar.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
12 avqust
GKS (Katovitse, Polşa) – Hapoel (Təl-Əviv, İsrail) 2:1 (İlk oyun 0:2)
Rapid (Vyana, Avstriya) – Payde (Estoniya) 2:0 (İlk oyun 4:1)
Kopenhagen (Danimarka) – Debretsen (Macarıstan) 5:1 (İlk oyun 3:0)
