Alen Şkribekin “Neftçi”yə transferinin detalları müəyyənləşib.

Futbolinfo.az saytının xarici mətbuata istinadən xəbər verir ki, “ağ-qaralar” 25 yaşlı vingerin keçidi üçün Macarıstan klubu “Zalaeqerseq”ə təzminat ödəyib.

Məlumatda bildirilir ki, bu transfer Azərbaycan təmsilçisinə 800 min avroya başa gəlib. Müqavilədə yer alan bəndə əsasən, “Zalaeqerseq” həmçinin Şkribekin növbəti transferindən 15 faizlik gəlir də əldə edəcək.

Qeyd edək ki, Alen Şkribek “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.

Shares: