“İnter Mayami” Liqalar Kubokunda növbəti matça çıxıb. MLS təmsilçisi Meksikanın “Leon” komandası ilə qarşılaşıb.
5 qolun vurulduğu görüş “İnter Mayami”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Lionel Messi bu matçda ikinci hissədə meydana daxil olub.
“İnter Mayami” Liqalar Kubokunda keçirdiyi üç matçda da uduzub və xalsızdır. Komanda 18 kollektiv arasında 16-cı sıradadır.
