Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi, hazırda isə “Kolos”un məşqçilər korpusunda çalışan Taras Mixalik keçmiş komandasının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirəcəyi cavab oyununu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, Mixalik “Dinamo”nun Bakıda uduzmayacağını və növbəti mərhələyə yüksələcəyini düşünür.

Mütəxəssis hətta 1:1 hesabını proqnozlaşdırıb: “Kiyev klubunun baş məşqçisi İqor Kostyuk Lublindəki ilk oyundan sonra gözlənilən rotasiyanı həyata keçirdi. Komanda ölkə çempionatında “Veres”lə keçirilən matçda (2:1) heyəti dəyişdi. Buna görə də onun futbolçularının Bakıda “Qarabağ”la rəqabət aparmaq üçün kifayət qədər gücü olmalıdır. Düşünürəm ki, Kiyev klubunun iqlimə uyğunlaşmaqla bağlı da problemi olmayacaq. Məncə, Azərbaycanın paytaxtında hər şey sülh sazişinin imzalanması ilə başa çatacaq – 1:1. Bu nəticə “Dinamo”ya növbəti mərhələyə yüksəlməyə imkan verəcək”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

Shares: