İrlandiyalı Mark İnqliş 800 metr məsafəyə qaçışda 48 il əvvəl müəyyənləşdirilmiş Avropa çempionatları rekordunu yeniləyib.
Birmingemdə keçirilən turnirdə İnqliş yarımfinalda məsafəni 1 dəqiqə 43,49 saniyəyə qət edib. O, 1978-ci ildə məsafəni 1 dəqiqə 43,84 saniyəyə qaçan alman Olaf Bayerin rekordunu geridə qoyub.
33 yaşlı İngliş 800 metr məsafədə ikiqat Avropa çempionatının bürünc medalçısıdır (2014, 2022).
Birmingemdə keçirilən yarışlar avqustun 16-da başa çatacaq.
