“Kəpəz” klubu futbolçusu Nicat Məmmədovla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Nicat Məmmədov ötən mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.
