“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.
Ukrayna təmsilçisi ilə Polşada keçirilən ilk oyunda Azərbaycan komandası 0:1 hesablı məğlubiyyətə üzülüb. İndi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda keçiriləcək cavab görüşündə mütləq inamlı hesabla qələbə qazanmalıdır. Əks halda uzun illərdir qrup mərhələlərində görməyə alışdığımız bu komanda üçün avrokubok mövsümü erkən bitə bilər.
Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq. Görüşü İngiltərədən olan hakimlər idarə edəcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi
13 avqust
20:00. Qarabağ – Dinamo (Kiyev)
Baş hakim: Stüart Attvell (İngiltərə)
Tofiq Bəhramov adına respublika stadionu.
Qarabağ: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 5. Bruno Lanqa, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
Dinamo: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Ehtiyat oyunçular: 43. İliya Olxovyi, 10. Mikola Şaparenko, 14. Pavlo Lyusin, 16. Şola Oqundana, 18. Aleksandr Timçik, 22. Vladislav Kabayev, 23. Navin Maliş, 29. Vitali Buyalski, 66. Aliu Tyare, 91. Mikola Mixaylenko, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.
