İsrailin “Hapoel” klubunun sahibi Ofer Yannay MBA-nin beşqat çempionu Dennis Rodmana 100 min dollar təklif edib.

Təklifə Rodmanın üç gün ərzində komandanın basketbolçuları üçün ribaund üzrə xüsusi seminar keçirməsi daxildir. Bundan başqa, onun biznes-klass uçuşu, lüks oteldə qalması və Təl-Əvivin gecə həyatından zövq alması da təmin ediləcək.

Yannay Rodmana müraciətində bildirib: “Ribaundlar haqqında danışmaq əvəzinə, niyə bunu sənətə çevirən şəxsi dəvət etməyək? Sizi Təl-Əvivə həm şəxsi qonağım, həm də “Hapoel”in qonağı kimi dəvət etmək mənim üçün böyük şərəf olardı. Sizə bir şeyi vəd edə bilərəm: burada məndən, klubumuzdan və xüsusilə də “Hapoel”in minlərlə ehtiraslı azarkeşindən böyük sevgi görəcəksiniz. Son illərdə İsrail çox ağır müharibə yaşayıb. İndi bura gəlmək, insanlara sevinc bəxş etmək, yeni təcrübə qazanmaq və bizimlə birlikdə olmaq üçün ən yaxşı vaxtdır. Sizi Təl-Əvivdə qəbul etməkdən çox məmnun olardım”.

Məlumata görə, Yannay Rodmanın ribaund sənətinə yanaşmasından xüsusilə təsirlənib. O, Rodmanın topun səbətdən hansı bucaqla qayıdacağını, fırlanmasını və topun düşəcəyi yeri əvvəlcədən hesablamaq bacarığını yüksək qiymətləndirib. Hazırda basketbol əfsanəsinin bu təklifə cavab verib-vermədiyi məlum deyil.

7ec135f7 4da5 482b 8807 5531f21da198 - Futbolinfo.az
Shares: